Modern.az

Bakıda “Formula-1” axşam saatlarında olacaq - GƏLƏN İL

Bakıda “Formula-1” axşam saatlarında olacaq - GƏLƏN İL

Aktual

24 İyun 2016, 10:32

“Formula 1” üzrə Avropa Qran-prisi axşam saatlarında keçirilə bilər.

Modern.az-ın məlumatına görə, bu barədə “Formula-1”in baş promouteri Berni Ekklstoun danışıb.

Onun fikrincə, süni işıqlandırma şəraitində küçə yürüşü xüsusən maraqlı olacaq:

"2017-ci ildə daha nələr etməyin gərəkliyi üzərində düşünmək lazımdır. Məsələn, təşkilatçılar trası daha açıq edə bilərlər. Bunu indi etmədilər, çünki hər şeyin necə işləyəcəyini bilmədikləri üçün sığortalandılar.

Yürüşün başlanğıcının axşam saat 7-də olmasını istərdim. Bakı mərhələsinin daha layiqincə təşkili üçün hansı səylərin göstərildiyi görmək xoş olardı. Tras çox yaxşı çıxdı".

Qeyd edək ki, Avropa Qran-Prisi 17-19 iyunda Bakıda keçirilib. Müqaviləyə əsasən, bu yürüş daha 4 il Azərbaycan paytaxtında təşkil olunmalıdır.  

 

 

Ağa AKİFOĞLU

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı