Modern.az

Bakını bürüyən qatı dumanın SƏBƏBİ - FOTO

Bakını bürüyən qatı dumanın SƏBƏBİ - FOTO

24 İyun 2016, 10:39

Dünəndən etibarən paytaxt Bakının üzərini tozlu duman qatı bürüyüb. Bir çoxları dünən şəhərdə müşahidə edilən sıxıcı havanı məhz bu tozlu dumanla əlaqələndirir.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova Modern.az saytına deyib ki, müşahidə edilən hava şəraiti sırf meteoroloji amillərlə bağlıdır:

“Bu gün Bakı və Abşeron yarımadasında müşahidə edilən sis hadisəsi sırf meotroloji xarakter daşıyır. Dünən gündüz saatlarından etibarən havanın temperaturu 35-36 dərəcəyə qalxmışdı. Gecə temperaturları isə 21 dərəcə civarında olmuşdu. 15 dərəcəyə qədər temperatur fərqinin olması gündüz saatlarında yuxarı qalxmış su buxarlarının gecə saatlarında aşağı enməsinə imkan yaratmayıb. Nəticədə isə bu sis formasında müşahidə olunur”.

M.Əzizova müşahidə edilən qatı dumanın qonşu dövlətlərdən gələn hava axını vasitəsilə ölkəyə daxil olması ehtimalına da aydınlıq gətirib:

“Doğrudur, may ayının 28-də toz dumanı müşahidə edilmişdi. Bu gün belə bir situasiya yoxdur. Çünki, Ərəbistan, Türkmənistandan ölkəmizə daxil olacaq atmosfer axıntılarda qeydiyyat yoxdur”.

 

Nazirlik rəsmisi hava şəraitinin sabahdan etibarən normallaşacağını bildirib:

“Bu gün çox zəif şimal-şərq, şərq küləkləri əsir. Sabaha isə 12-15 m/san şimal-qərb küləyi pronozlaşdırılır.

Yəqin ki, küləyin qalxması ilə bağlı atmosfer cərəyanları aktivləşəcək və yaranan sis aradan qalxacaq. Digər tərəfdən atmosfer havasının  çirklənmə səviyyəsi üzrə apardığımız analiz nəticələri üzrə çirkləndirici maddələrin heç birində yüksəlmə qeydə alınmayıb. Hamısı üzrə sanitar norma həddindən aşağı müşahidə edilib. Ən əsası toz sanitar normanın 60 faizini təşkil edib, yəni normaya da yaxınlaşmayıb. Bildirmək istədiyim budur ki, bu sırf meteoroloji şəraitlə bağlı olan məsələdir, çirklənmə ilə əlaqəsi yoxdur”.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi