Modern.az

Bakıda taksi xidməti ilə bağlı YENİLİK

Bakıda taksi xidməti ilə bağlı YENİLİK

24 İyun 2016, 10:54

Yeni Bakı Nəqliyyat Konsepsiyasına uyğun olaraq xidmətlərdə bəzi dəyişikliklər nəzərdə tutulub. Bu haqda Modern.az saytına Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

N.Allahyarova bildirib ki, dəyişikliklərdən biri taksi xidməti ilə bağlıdır:

“Yeni Bakı Nəqliyyat Konsepsiyasına uyğun olaraq taksi xidməti göstərən fərdi sahibkarların idarə etdiyi avtonəqliyyat vasitələrində sürücünün əyləşdiyi oturacağın arxasında sürücünün adını, soyadını əks etdirən lövhə olacaq.

Həmçinin lövhədə hər hansı şikayət olacağı təqdirdə sərnişinin müraciət edə biləcəyi “qaynar xətt”in nömrəsi də qeyd olunacaq”.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?