Modern.az

“Azərsu” Bakı sakinlərindən üzr istədi

“Azərsu” Bakı sakinlərindən üzr istədi

24 İyun 2016, 11:04

Abunəçilərin diqqətinə çatdırılır ki, Bakı şəhəri Nizami rayonu ərazisində yeni çəkilmiş magistral su xətlərinin mövcud sistemlərə qoşulması ilə əlaqədar 24 iyun 2016-cı il tarixində  gün ərzində Qara Qarayev və Babək prospektlərində, həmçinin E.Süleymanov, İ.Məmmədov, M.Şərifli, T.Abbasov, C.Naxçıvanski, R.Teymurov, B.Nuriyev küçələrində bəzi ünvanlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Modern.az xəbər verir ki, bu barədə məlumat yayan “Azərsu” ASC yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı