Modern.az

Ulduzum endirimləri indi Türkiyədə!       

Ulduzum endirimləri indi Türkiyədə!       

24 İyun 2016, 11:26

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə “Ulduzum” endirimlərinin indidən etibarən Türkiyədə istifadə edilə bildiyini elan edir.

Ulduzum proqramının beynəlxalq tərəfdaşlar siyahısında ilk olan AVİS avtomobil icarə şirkəti Türkiyədə bütün xidmətlərinə 15% endirim təklif edir. “Bakcell”in Ulduzum üzvləri Türkiyədə olarkən endirim kodunu təqdim etməklə bu endirimlərdən faydalana biləcəklər.

Ulduzum proqramının Türkiyədəki ikinci tərəfdaşı Türkiyənin məşhur brendi hesab edilən BEYMEN mağazalar şəbəkəsidir. Yeni imzalanacaq tərəfdaşlıq müqaviləsinin şərtlərinə əsasən Ulduzum abunəçilərinə BEYMEN mağazalar şəbəkəsi tərəfindən bütün mallara 10% endirim təqdim ediləcək. BEYMEN mağazalarından Beymen Club, Beymen Blender, Tod's, Dior, Dolce&Gabbana, Bottega Veneta, Moschino, Christian Louboutin, Jimmy Choo,  Etro, Balenciaga, Dsquared2, Chloe və digər brend markaların mallarını xüsusi Ulduzum endirimi ilə əldə etmək olar.

1,9 milyon nəfərdən çox abunəçisi ilə Ulduzum bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və Ulduzum proqramının tərəfdaşları olan müəssisələrin müştərilərinin loyallığını təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda ən yaxşı istehlakçı xidmətidir. Bakcell abunəçiləri xüsusi mobil applikasiya vasitəsilə, mövcud SMS və USSD əsaslı məlumat mübadiləsi ilə yanaşı, həm iOS, həm də Android platforması üzərindən Ulduzum endirimlərindən faydalana bilirlər.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir