Modern.az

İyul-avqust aylarında ən yüksək temperatur bu bölgədə olacaq

İyul-avqust aylarında ən yüksək temperatur bu bölgədə olacaq

24 İyun 2016, 11:32

“Dünən, bu gün Bakıda və Abşeron yarımadasında müşahidə edilən temperatur iqlim normasından yüksəkdir”. Bu haqda Modern.az saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib.

 

Onun sözlərinə görə, temperatur normadan artıq olsa da, hələ ki, anomal istilik yoxdur:

 

“Çünki, əvvəlki illərin anoloji dövrlərilə müqayisədə 2004, 2009-cu illərdə iyun ayı üçün 36-38 dərəcəlik isti qeydə alınıb. Bakıda və Abşeron yarımadasında ümumi iyun ayı üçün maksimal temperatur 1996-cı ildə 40 dərəcə isti müşahidə olunub. Hazırkı temperatur 32-35 dərəcə təşkil edir ki, bu da həmin illərlə müqayisədə aşağıdır”.

 

A.Verdiyev qarşıdakı aylar üçün istilərlə bağlı proqnozlarını da bildirib. Onun sözlərinə görə, Azərbaycan üçün maksimal isti iyul və avqust aylarında gözlənilir:

 

“2010-2012-2013 və digər illərdə bu istilər müşahidə olunub. Bu ilin iyul-avqust aylarında da ayrıa-ayrı günlərdə temperaturun iqlim normasına yaxın və normadan yüksək olması gözlənilir.

 

Respublika ərazisində ən yüksək temperatur Naxçıvan Muxtar Respublikası və bəzi Mərkəzi Aran rayonlarında müşahidə olunub. Bu ilin yay dövrünün ayrı-ayrı günlərində həmin bölgələrdə temperaturun normadan yüksək olacağı gözlənilir. Bizdə adətən istilər qısamüddətli olur”.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?