Modern.az

Üçəmlərdən sağ qalan körpənin ölüm riski azalır? - Baş pediatrdan AÇIQLAMA

Üçəmlərdən sağ qalan körpənin ölüm riski azalır? - Baş pediatrdan AÇIQLAMA

Aktual

24 İyun 2016, 11:52

“Üçəmlərdən sağ qalan oğlan uşağının vəziyyəti stabil, ağırdır, qismən yaxşılaşma müşahidə olunur”. Bu haqda Modern.az saytına Elmi-tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev məlumat verib.

 

Baş həkim deyib ki, körpənin stabilləşməsi üçün uzun zamana ehtiyac var:

 

“Uşaq yarımçıq doğulub. Nəzərə alın ki, doğuş avqustun 8-nə proqnozlaşdırılsa da, vaxtından əvvəl - iyunun 22-də baş verib. On həftə vaxtından əvvəl doğulan, yetişməmiş uşaqdır. Biz mümkün dairədə əlimizdən gələni edir, uşağı yaşadırıq. Səhiyyə Nazirliyi körpənin səhhətini daima nəzarətdə saxlayır. Bütün dərman preparatları, yaradılan şərait, ən son səviyyədə tələb edilən hər şey bu uşağa edilir”.

 

N.Quliyev körpənin ölüm riskindən tam azad olması vaxtına da aydınlıq gətirib:

 

“Normal doğuş avqustda baş verməli olduğundan, həmin tarixə qədər gözləməliyik. Həmin vaxta qədər vəziyyəti tam stabilləşərsə vəziyyətdən çıxmış hesab olunacaq. Elə şeylər var ki, bizdən asılı deyil. Yəni, bu dəqiqə 1kq 180 qramlıq uşağı 2 kq 280 qrama çatdıra bilmərik. Bunun üçün zaman lazımdır”.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir