Modern.az

Polis maskalı oğruları nəhayət tutdu

Polis maskalı oğruları nəhayət tutdu

24 İyun 2016, 12:14

Ötən il noyabrın 13-də Salyan rayonunun Qalalı kəndində yaşayan Sevda Soltanovanın evinə oğurluq məqsədi ilə girmiş 3 maskalı şəxs S.Soltanova ilə rastlaşdığından ona və səs-küyə oyanmış evdə olan Elnarə Əhədovaya və Zabil Ağayevə dəmir parçası ilə xəsarət yetirib hadisə yerini tərk etmişdilər.

Modern.az xəbər verir ki. Daxili İşlər Nazirliyinin məlumatına görə, Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Camal Namazov, əvvəllər məhkum olunmuşlar Fərid Rəsulov və Zaur Hüseynov tutulublar.
 Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların iyunun 19-da A.Feyzullayevə məxsus mağazadan oğurluğa cəhd göstərmələri, Ş.Əkbərova məxsus kafedən maqnitofon oğurlamaları da müəyyən edilib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi