Modern.az

Abşeronda bir ailənin 4 üzvünü vuran sürücü yaxalandı

Abşeronda bir ailənin 4 üzvünü vuran sürücü yaxalandı

Aktual

24 İyun 2016, 12:18

İyunun 21-də saat 23 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində rayon sakini Fazil Rzaxanov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Xəlil Qubadovu, arvadı Ruhiyyəni, qızları Fidanı və Fizzəni vurub hadisə yerini tərk etmişdi. Piyadalar xəstəxanaya yerləşdiriliblər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Rzaxanov tutulub.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı