Modern.az

Azərbaycanda sənədli adlı qiymətli kağızlar buraxılacaq

Azərbaycanda sənədli adlı qiymətli kağızlar buraxılacaq

Aktual

24 İyun 2016, 12:35

Azərbaycanda sənədli adlı investisiya qiymətli kağızları buraxılacaq. Modern.az-ın məlumatına görə, bu, Milli Məclisin növbədənkənar sessiyasının son iclasında qəbul edilən Mülki Məcəlləyə dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Mülki Məcəlləyə əsasən, istiqrazlar və səhmlər investisiya qiymətli kağızlardır. İnvestisiya qiymətli kağızları buraxılışlarda yerləşdirilir və qiymətli kağızların əldə edilməsi vaxtından asılı olmayaraq, bir buraxılış daxilində hüquqların həyata keçirilməsinin həcmi və müddəti eyni olan qiymətli kağızlardır.

İndiyə qədər investisiya qiymətli kağızları sənədsiz adlı formada buraxılıb. Mülki Məcəlləyə edilən dəyişikliyə əsasən investisiya qiymətli kağızları həm sənədsiz, həm də sənədli olmaqla adlı formada buraxılacaq.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?