Modern.az

Lənkəranda iftar süfrəsi

Lənkəranda iftar süfrəsi

24 İyun 2016, 14:05

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəranda iftar süfrəsi təşkil edib.

İftar süfrəsində şəhid ailələrinin üzvləri, Qarabağ əlilləri, kənd və qəsəbə ağsaqqalları, bir neçə rəsmi nümayəndə və din xadimləri iştirak ediblər.

 

Tədbirdə prezident İlham Əliyev cənablarının, QMİ sədri Hacı Allahşükür Paşazadənin təşkil etdiyi iftar mərasimində etdiyi çıxış və bu çıxışdan irəli gələn ən başlıca xətt din-dövlət münasibətlərindən xüsusi söhbət açılıb.

        

Dini ayinləri icra edən cənub bölgəsinin qazisi Hacı Sədi Axundzadə rayonda bu sahədə mövcud olan çox önəmli və müsbət durumu xüsusi vurğulayıb. Dini musiqilərlə müşahidə olunan iftar yeməyi ayrı-ayrı kənd və qəsəbə nümayəndələrinin ürəyincə olub. 100-dən çox insanın iştirak etdiyi ənənəvi iftar süfrəsindən sonra 60-dan çox aztəminatlı ailələrə ərzaq paketləri paylanıb.

 

Tədbirə qatılanlar prezident İlham Əliyev cənablarının din-hökumət, din-cəmiyyət münasibətlərinin saxlanılması ölkədəki əmin-amanlıq və sabitliyə görə ona Allahdan uzun ömür, can sağlığı və uğurlar arzulayıblar.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir