Modern.az

Rabitə nazirinin I müavin kimdir? - Tərcümeyi -hal

Rabitə nazirinin I müavin kimdir? - Tərcümeyi -hal

24 İyun 2016, 14:51

Rabitə və yüksək texnologiyalar nazirinə I müavin təyin edilib. Modern.az saytı xəbər verir ki,   ölkə başçısının sərəncamı ilə Əli Abdullayev nazirin birinci müavini postuna gətirilib.

Bu təyinatadək Əli Abdullayev nazirliyin Aparat rəhbəri olub.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bir qədər öncə da yeni I müavinin təyinatı barədə məlumatı öz saytında yerləşdirib.

Əli Abdullayev 1999-cu illərdə Azərbaycan Universitetini Beynəlxalq münasibətlər ixtisası üzrə, 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsini hüquqşünaslıq ixtisası üzrə bitirib

2000 – 2006-cl illərdə Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri vəzifəsində işləyib.

2007 – ci ildən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifəsində işləyib.

2013 – 2016-cı illərdə Heydər Əliyev Fondunda hüquq məsələləri üzrə ekspert fəaliyyəti göstərib.

2016-cı ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Aparat rəhbəri gətirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 23.06.2016-cı il tarixində rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır