Modern.az

“Belə həkimə icazə verənin...” - AÇIQLAMA

“Belə həkimə icazə verənin...” - AÇIQLAMA

24 İyun 2016, 16:50

Bakıda həkim sol ayağının kəsilməsinə diaqnoz qoyulan xəstənin sağ ayağını kəsib. Bu "rezonanslı əməliyyat" Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzində aparılıb. Mərkəzin həkimi Valeh Kərimov özü də səhv etdiyini boynuna alıb. Həkimin etirafına ictimaiyyətdən sərt təpkilər gəlməkdədir. Sosial şəbəkələrdə isə Azərbaycan səhiyyəsinin analoqu olmayan hadisəsi barədə geniş müzakirələr açılıb.


Tanınmış hüquqşünas Aslan İsmayılov da hadisə ilə bağlı mövqeyini bildirib.

 

O, Modern.az saytına açıqlamasında baş verən olaya ad verə bilmədiyini deyib:


“Bunun adı nədir?! Bu necə həkimdir?! Bu xəstənin ayağını səhv kəsibsə, başqalarının qolunu səhv kəsib, digərinin də ciyərinin yerinə böyrək kəsib”.

 

Aslan İsmayılov hadisədə təkcə həkimin deyil, Səhiyyə Nazirliyinin də nöqsanı olduğunu vurğulayıb:

“Belə həkimlərə işləməyə icazəni kim verir?.. Ona işləməyə icazə verənin elə öz əl-ayağı kəsilməlidir... Belə biabırçılıq olmaz. Həkim mütləq işindən uzaqlaşdırılmalıdır. “Mexaniki səhv etdim” deyən həkim mütləq surətdə işdən kənarlaşdırılıb, həbsə atılmalıdır”.

 

Qeyd edək ki, Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzinin həkimi Valeh Kərimov 87 yaşlı Tərlan Əliyevanın sol ayağı əvəzinə səhvən sağ ayağını kəsib.

 

Həkim açıqlamasında mexaniki olaraq səhvə yol verdiyini bildirib.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?