Modern.az

“Youthvision” müsabiqəsi hər il keçiriləcək

“Youthvision” müsabiqəsi hər il keçiriləcək

24 İyun 2016, 21:54

“Youthvision” beynəlxalq mahnı müsabiqəsi hər il keçiriləcək. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov müsabiqənin final mərhələsindəki çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, növbəti illərdə müsabiqədə iştirak edəcək ölkələrin sayı genişləndiriləcək: “Builki müsabiqədə 19 ölkə iştirak edir. İnanıram ki, gələcəkdə gənclər bu müsabiqəyə daha çox maraq göstərəcək və layihə uğurla davam edəcək”.

Qeyd edək ki, müsabiqənin ümumi mükafat fondu 6 min dollardır. Müsabiqənin keçirilməsinə 150 min manat vəsait sərf olunması nəzərdə tutulub. Yol xərcləri müsabiqədə iştirak edəcək iştirakçı və münsiflər tərəfindən ödənilir. Beynəlxalq tədbirdə 14-35 yaşlarında gənclər iştirak edir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır