Modern.az

İyulun 2-dən Bulvarda yeni məkan fəaliyyətə başlayacaq

İyulun 2-dən Bulvarda yeni məkan fəaliyyətə başlayacaq

25 İyun 2016, 17:29

Dənizkənarı parkla (Bulvar) ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin yeni layihəsi yekunlaşmaq üzrədir.

 

Modern.az Nazirliyə istinadən xəbər verir ki, Bakı Bulvarında təşkil edilən açıq havada rəqs məkanı 2 iyul 2016-cı il tarixindən etibarən istifadəyə veriləcək.

 

Rəqslərin hər həftənin şənbə və bazar günləri saat 19:00-dan gecə gec saatlarınadək davam etməsi nəzərdə tutulur.

 

Tədbirlərdə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar müxtəlif xalqların rəqsləri nümayiş etdirilir.

 

Məlumat üçün bildiririk ki, 17-19 iyun 2016-cı tarixində paytaxtımızda keçirilən “Formula 1” Qran Pri yarışı ilə əlaqədar rəqslərin keçiriləcəyi ərazidə rekonstruksiya işlərinin yekunlaşmaması səbəbindən növbəti həftəyə keçirilmişdir.

 

Paytaxt sakinləri və şəhərimizin qonaqlarını rəqs məkanına müxtəlif xalqların rəqslərini izləməyə dəvət edirik.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi