Modern.az

Arvadı, qaynanası və qayınatasını güllələyən şəxs intihar edib

Arvadı, qaynanası və qayınatasını güllələyən şəxs intihar edib

25 İyun 2016, 20:47

Ağcabədidə məskunlaşmış məcburi köçkün Xocavənd sakini ailə münaqişəsi zəminində ov tüfəngi ilə arvadı, qaynanası, qayınatasını güllələyərək qətlə yetirib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, Quliyev Ələsgər Əşrəf oğlu hadisəni törətdikdən sonra qəbiristanlıq yaxınlığında intihar edib.

Belə ki, Ağcabədidə Xocavənd sakini Quliyev Ələsgər Əşrəf oğlu ailə münaqişəsi zəminində ov tüfəngi ilə arvadı Ayfan Səfərova, qaynanası Nazilə Səfərova və  qayınatası Ənvər Səfərovu güllələyərək qətlə yetirib. Hadisə Quliyev Ələsgər Əşrəf oğlunun qayınatasının evində baş verib. Quliyev Ələsgər Əşrəf oğlu hadisəni törətdikdən sonra qəbiristanlıq yaxınlığında intihar edib.

 

Qətlə yetirilən Səfərov Ənvər, Səfərova Nazilə və  Səfərova Ayfan Ağdam rayonu Mərzili kənd sakinləridir, Ağcabədi rayon ərazisində məskunlasıblar. Quliyev Ələsgər Əşrəf oğlu isə Füzulidə məskunlaşmış Xocavənd sakinidir.

 

Şahidlərin sözlərinə  görə, hadisəni törədən şəxs ərazidən qaçmağa çalışıb, lakin, ərazinin Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mühasirəyə alındığını görərək, özünə atəş açaraq intihar edib.  

 

Məlumata görə, hadisəni törədən dörd uşaq atası olan Quliyev Ələsgər Əşrəf oğlu dayısı qızı ilə ailə qurub. Belə ki, qətlə yetirilən şəxslər eyni zamanda onun dayısı, dayısının yoldaşı və qızıdır.   

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər