Modern.az

Ölkədə dabaq xəstəliyi yayılıb? - Baytarlıq Xidmətindən AÇIQLAMA

Ölkədə dabaq xəstəliyi yayılıb? - Baytarlıq Xidmətindən AÇIQLAMA

Aktual

27 İyun 2016, 16:36

Bir sıra kütləvi informasiya vasitələrində (KİV) Bərdə rayonunun Hacılar və Böyük Göyüşlü kəndlərində iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin yaylması və heyvanlar arasında tələfatın olması barədə məlumat  yayılıb.
Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Modern.az-a bildirib ki, 2016-cı il ərzində respublikada iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılmış və hal-hazırda epizootik vəziyyət sabitdir.

Kütləvi informasiya vasitələrində yayılmış məlumatla əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri Bərdə rayonuna ezam olunub, rayonun Hacılar və Böyük Göyüşlü kəndlərində araşdırmalar aparıb, heyvanlara baxış keçirib, təsərrüfatlarda dabaq xəstəliyi ilə xəstələnib və xəstəliyə şübhəli heyvanlar aşkar olunmayıb.
 

Araşdırmalar zamanı KİV-lərdə adları çəkilən kənd sakinlərinin özlərinin iştirakı ilə həyətlərindəki heyvanlara da baxış kreçirilmiş, heyvan sahiblərindən izahatlar alınıb, təsərrüfatlarda dabaq xəstəliyi ilə xəstələnib və xəstəliyə şübhəli heyvanlar aşkar olunmayıb. Həmçinin araşdırmalar zamanı kəndlər heyvanlar arasında ölüm halının olmadığı da müəyyən olunub.  

Xatırladırıq ki, respublikada olduğu kimi, Bərdə rayonunun Hacılar və Böyük Göyüşlü  kəndlərində də heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və heyvan sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda hər hansı narahatçılıq olarsa vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə, eləcə də  Dövlət Baytarlıq Nəzarəti Xidmətinin “qaynar xətt”inə (tel: 012-562-76-13) müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkimlərinin iştirakı və nəzarəti altında aparılsın.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, respublikada heyvanlar arasında dabaq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir və vəziyyətə nəzarət olunur.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?