Modern.az

Azarkeş millinin oyununa getmək üçün təyyarə icarəyə götürdü

Azarkeş millinin oyununa getmək üçün təyyarə icarəyə götürdü

27 İyun 2016, 17:35

Reykyavik sakini Qretar Siqurdarson həmişə qızğın futbol fanatı olub. Modern.az xarici mediaya istinadən bildirir ki, ancaq heç vaxt milli komandanın Avropa çempionatı çərçivəsində 1/8 finala çıxacağını gözləməyib.

İslandiya millisi öz tarixində ilk dəfə pley-offa vəsiqə qazanıb. O, birdən öyrənib ki, Nitseyə qədər uçuş üçün bütün biletlər satılıb.

Azarkeş vəziyyətdən çıxmaq üçün riskli olsa da çox qeyri-adi yol tapıb. Qretar 180 sərnişin üçün “Boeing” təyyarəsi icarəyə götürüb, sonra isə arzu edənlərə özünün iki sutka da olsa təyyarəsinə bilet almağı təklif edib. Min funt (168 min avro) ödəyib. Reykyavik-Nitsa-Reykyavik xətti ilə uçuş biletinin dəyəri 900 avro olub. Bütün biletlər bir neçə saata satılıb, risk edən azarkeş hətta bu icarədən xeyir də götürüb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır