Modern.az

Radionun direktorunu öldürdülər

Radionun direktorunu öldürdülər

28 İyun 2016, 10:28

Qvatemalada Ilusion radio stansiyasının direktorunu naməlum cinayətkarlar öldürüblər. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu haqda Latın Amerikası jurnalistlər federasiyası məlumat yayıb.

 

Məlumatda qeyd edilir ki, Alvaro Aseytuno quldurların hücumu zamanı aldığı bir neçə güllə yarası ilə yerləşdirildiyi Koatepeke bələdiyyəsinin hospitalında dünyasını dəyişib. Güllələrdən biri onun başına dəyib.

 

Radiostansiyada xəbərlər proqramını aparan Aseytunoya hücumun səbəbi hələ ki məlum deyil, polis araşdırma aparır.

 

Bu artıq 2016-cı ilin əvvəlindən Qvatemalada öldürülən dördüncü KİV işçisidir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir