Modern.az

“Region Gənclərinin Əməkdaşlıq Forumu” layihəsi başa çatdı - FOTO

“Region Gənclərinin Əməkdaşlıq Forumu” layihəsi başa çatdı - FOTO

27 İyun 2016, 19:45

"İrəli" İctimai Birliyi və "Regional İnkişaf "İctimai Birliyi təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) dəstəyi ilə 2016-cı il Avropanın Paytaxtı Gəncədə "Region Gənclərinin Əməkdaşlığı Forumu" layihəsi yekunlaşıb.

 

Modern.az xəbər verir ki, layihənin növbəti günlərində Regional İnkişaf İctimai Birliyi nümayəndələri gənclərə təşkilatın gördüyü işlər haqqında ətraflı məlumat vermişdir.Gənclərlə birgə müzakirələ həyata keçirilmiş və iştirakçıların sualları əməkdaşlar tərəfindən cavablandırılıb.

 

Gəncə şəhər Gənclər evində keçirilən təqdimatdan sonra iştirakçılara müxtəlif mövzularda təlimlər keçirilib. Gənclərin praktik bilgilərinin artırılması məqsədilə keçirilən təlimlərdə Eldəniz Əsədov, Niyazi Qasımov və Nigar Ələsgərova təcrübə və biliklərini iştirakçılarla bölüşdülər.

 

Sonda isə gənclərlə birgə əməkdaşlıq mövzusunda müzakirələr həyata keçirildi. Gənclər öz ideyalarını, istəklərini bildirərək, bu ideyaların həyata keçirilməsi üçün müəyyən məsləhətlər, biliklər əldə etmiş oldular.

 

Layihənin əsas məqsədi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində istifadəyə verilən «Gənclər Ev»ləri və “Gənclər Mərkəz”ləri yerləşən regionlarda, bölgələrdə gənclərin şəxsi inkişafına təkan vermək, “Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinə dəstək olmaq gənclərin üçün birgə fəaliyyətlərini stimullaşdırmaqdan ibarətdir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?