Bu gün futbol üzrə UEFA Avropa Liqasında ilk təsnifat mərhələsi çərçivəsində Gəncənin “Kəpəz” klubu Moldovanın “Daçia” komandasını qəbul edəcək .
Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, oyun saat 20:00-da Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da baş tutacaq.
Oyunu Qazaxıstanı təmsil edən hakimlər briqadası idarə edəcək:
Baş hakim: Aleksander Qayzer
Baş hakimin köməkçiləri: Sergey Vasyutin, Alibek Aubakirov
Dördüncü hakim: Daniyar Saki
UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya)
Hakim-inspektor: Aleks Chukin (Belarus)
Mirmahmud KAZIMOĞLU