Modern.az

Prokurorluqda işləmək istəyən 285 nəfər müsabiqənin II mərhələsinə keçib

Prokurorluqda işləmək istəyən 285 nəfər müsabiqənin II mərhələsinə keçib

Təhsil

27 Oktyabr 2009, 17:31

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası oktyabrın 27-də prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. Modern.az xəbər verir ki, imtahan saat 10:00-da Azərbaycan Texniki Universitetində başlayıb və 3 saat davam edib. İmtahanın nəticələri saat 15:30-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında yerləşdirilib.
Müsabiqədə iştirak etmək üçün 545 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 18 nəfəri imtahana gəlməyib. İmtahanda 527 nəfər iştirak edib.
Namizədlərdən 285 nəfəri müsabiqə şərtini ödəyərək (60 bal və daha yüksək nəticə) növbəti mərhələyə buraxılıb. 80 və daha yüksək bal toplayan namizədlərin sayı 60 nəfərdir. İmtahanda ən yüksək nəticə 87 bal olub.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu