Modern.az

Milli Məclisi beynəlxalq qurumlarda təmsil edəcək deputatlar (siyahı)

Milli Məclisi beynəlxalq qurumlarda təmsil edəcək deputatlar (siyahı)

Parlament

19 Yanvar 2011, 21:00

Azərbaycan Milli Məclisinin MDB Parlament Assambleyasındakı yeni heyətinin tərkibi bəlli olub. Azərbaycanın MDB Parlament Assambleyasında 20 nəfərlik deputat qrupuna spiker Oqtay Əsədov rəhbərlik edəcək.
Parlamentin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi heyətdə deputatlar Arif Rəhimzadə, İlham Məmmədov, Rasim Musabəyov, Rüfət Quliyev, Adil Əliyev, İqbal Məmmədov, Əliağa Hüseynov, Hacı Salayev, Ülvi Quliyev, Aslan Cəfərov, Xanlar Fətiyev, Fəzail Ağamalı, Mixail Zabelin, Ərəstun Cavadov, Yevda Abramov, Bəxtiyar Əliyev, Elton Məmmədov, Elmira Axundova və Mirkazım Kazımov təmsil olunur.

Qeyd edək ki, Milli Məclis artıq nufuzlu beynəlxaq qurumların hamısında iştirak edəcək nümayəndə heyətini müəyyənləşdirib.

Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin tərkibi ötən çağırışda olduğu kimi qalıb. Qarşıdakı 5 il ərzində Azərbaycanı NATO PA-da Ziyafət Əsgərov, Siyavuş Novruzov, Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı, Tahir Süleymanov və Zahid Orucdan (ehtiyat) ibarət heyət təmsil edəcək. Nümayəndə heyətinə Ziyafət Əsgərov rəhbərlik edir.

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinə isə Milli Məclisin sədr müavini Bahar Muradova rəhbərlik edir. Heyətə Milli Məclisin sədr müavini Bahar Muradova, Eldar İbrahimov, Fəttah Heydərov, Rəbiyyət Aslanova, Azay Quliyev və Ağalar Vəliyev daxildir.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinə Səməd Seyidov rəhbərlik edir. 12 nəfərlik heyət əsas və ehtiyat üzvlərdən ibarətdir.
Altı nəfərlik əsas heyətə Səməd Seyidov, Əli Hüseynov, Sabir Hacıyev, Qənirə Paşayeva, Rafael Hüseynov və Rövşən Rzayev daxildir. Ehtiyat heyətdə isə Fəzail İbrahimli, Elxan Süleymanov, Aydın Abbasov, Sevinc Fətəliyeva, Sahibə Qafarova və Fazil Mustafa yer alıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər