Modern.az

Zahid Oruca töhmət verildi  

Zahid Oruca töhmət verildi   

28 İyun 2016, 14:33

 

Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

 

Bu barədə azvision.az-a Komissiyanın sədri Ağacan Abıyev məlumat verib. O, bildirib ki, iclasda Milli Məclisin iyunun 24-də keçirilən son növbədənkənar sessiyasında deputat Zahid Orucla spiker Oqtay Əsədov arasında baş vermiş mübahisəyə baxılıb.

 

İclasda deputat Zahid Oruca töhmət verilib.

 

Qeyd edək ki, parlamentin iyunun 24-də keçirilən növbədənkənar sessiyasında spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında mübahisə düşüb. Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə bağlı müzakirələrdə, millət vəkilinin çıxışı saxlanılıb, o isə buna etiraz edərək danışmaq istədiyini bildirib. 

 

Spiker ona irad tutaraq deyib ki, Z.Oruc hər dəfə mövzudan kənar məsələlərə toxunur. Bundan sonra deputatla spiker arasında mübahisə düşüb. 

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu