Modern.az

QHT sədri bələdiyyələrə görə Prezidentə müraciət etdi

QHT sədri bələdiyyələrə görə Prezidentə müraciət etdi

28 İyun 2016, 15:07

Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli  AzərbaycanPrezidenti  İlham Əliyevə müraciət ünvanlayıb.

Modern.az-ın məlumatın görə, müraciətdə deyilir:

"Hörmətli Cənab Prezident!

Öncə qeyd edək ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə təsis edilən Azərbaycan bələdiyyə sistemi bu gün cəmiyyətdə bir struktur olaraq özünü təsdiq edib. Ulu öndərin imzasıyla qüvvəyə minən əsas qanunlar, normativ-hüqiqi aktlar bu gün bələdiyyə sisteminin normal fəaliyyəti üçün şərait yaradıb.

Ulu öndərin layiqli davamçısı olaraq Sizdə imzaladığınız bir sıra ciddi  addımlarınızla bələdiyyə sisteminin qarşılaşdığı problemlərin aradan qaldırılmasına, bu strukturun cəmiyyətdə nüfuz qazanmasına şərait yaratmışsınız.

Sizin imzanızla bələdiyyə sistemində şəffaflıq prinsipinin qorunması, korrupsiya hallarının qarşısının alınmasında, o cümlədən əmlak  vergisinin hesablanma qaydasının dəyişdirilməsiylə bağlı qüvvəyə minən qanunvericilik aktları ümumiikdə bələdiyyə sisteminə böyük töhfə verib.

2010 - cu ildən Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınaraq fəaliyyət göstərən  “Bələdiyyələrin fəaliyyətinin təbliği” İcitimai birliyi  Sizin atdığınız hər bir addımınızı yüksək dəyər verməklə,   məntiqə söykənərək imzalanan sənədlərin bələdiyyə üzvlərinə çatdırılması və təbliğində daim mühüm rol oynayır.

Qeyd edək ki, bu illər ərzində Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə bələdiyyələrin fəaliyyətinə həsr olunan dörd layihəni uğurla icra edib.

Cari ildə bələdiyyə sisteminin fəaliyyətini təhlill etdikdə və bu istiqamətdə apardığımız araşdırmalar nəticəsində məlum olub ki, bələdiyyə sisteminin inkişafına müəyyən mənada mənfi təsir edən bir sıra amil mövcuddur.

Bunlardan birincisi bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) olan borclardır.   Hazırda bu borcların hesabatı aparılmasa da bizim təxmini hesablamalarımız göstərir ki, üst-üstə 1607 bələdiyyənin DSMF-yə olan borcu 3 milyon manata yaxınlaşır. Kənd bələdiyyələrinin 50 faizdən artıq hissəsinin bank hesablarına borca görə sərəncam qoyulub. Bu borcların müəyyən hissəsi  borcdan yananan peniyalar təşkil edir. 

Misal olaraq qeyd edək ki, illik büdcədaxilolmaları 130.800 manat olan 21  Samux bələdiyyəsinin DSMF yə borcu 210 min manata yaxındır.

Hazırda DSMF-yə borcun həcmi 2000 manatdan başlayaraq 400 min manatadək artır.

Əlavə edək ki, araşdırmalar göstərir ki, bu borc əsasən təcrübəsizlikdən və bəzi sədrlərin məsuliyyətsizliyindən yaranıb. 2014-cü il  bələdiyyə seçkilərindən sonra seçilən gənc və enerjili sədrlərin əsas məqsədi bu   borcların silinməsinə nail olmaqdır. Ancaq indiki şəraitdə borcların silinməsi mümkün olmadığından bələdiyyələr cəmiyyətdə sakinlərə verdikləri sözə əməl edə bilmir, nəticədə problemlər yaşanır.

Hörmətli Cənab Prezident!

Sizin daim bələdiyyə sisteminə göstərdiyiniz qayğı və diqqəti nəzərə alaraq, bələdiyyə sisteminə faəliyyətləri üçün növbəti  addım kimi bələdiyyələrin DSMF-yə olan borclarının silinməsiylə bağlı mexanizmlərin hazırlanmasına göstəriş verməyinizi xahiş edir, addımınızla  ümumlikdə bələdiyyə sisteminin qarşılaşdığı bu problemi aradan qaldırlımasına  yardım etmiş olacaqsınız”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi