Modern.az

“Qarşılıqlı anlayış və birgə yaşam”

“Qarşılıqlı anlayış və birgə yaşam”

28 İyun 2016, 13:38

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən “Qarşılıqlı anlayış və birgə yaşam – Azərbaycan tolerantlıq modelinin region gənclərinə təqdimatı”  adlı layihəyə Xaçmaz və Quba rayonlarında keçirilən təlimlərdən sonra, Qəbələ və Zaqatala rayonlarında keçirilən təlimlərlə yekun vuruldu. Təlimlərdə region gənclərinə tolerantlıq və multikultiralizm  anlayışları, tolerantlığın tarixi təkamülü və müasir dünyada önəmi barədə  geniş məlumat verilib.

Təlimçi - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədlinin təlimlərdə Azərbaycan tolerantlıq modeli və multikultural cəmiyyətimizin formalaşması, bu sahədə dövlətin həyata keçirdiyi uğurlu siyasət,  qanunvericilik və ənənələr haqqında verilən məlumatlar gənclərin bu sahədə bilik və bacarıqlarının artırılmasına böyük dəstək olmuşdur. Multikultural cəmiyyətimizin özünəməxsus modelinin dünyaya nümunə olaraq təqdim edilməsinin əhəmiyyəti barədə gənclərdə daha mükəmməl təsəvvür yaradılması üçün təlim prosesi qarşılıqlı müzakirə və sual-cavab şəraitdə həyata keçirilmişdir. 24 iyun Qəbələ və 25 iyun Zaqatala şəhərində ümumilikdə 120 nəfərədən çox gəncin iştirakıyla baş tutmuş təlimlər uğurla həyata keçirilib.

Təlimlərdə yerli icra hakimiyyətlərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional şöbələrinin, Gənclər və idman idarələrinin, region QHT-lərin və KİV-lərin nümayəndələri iştirak etmişdir.

 Region gənclərinə layihə çərçivəsində nəşr edilmiş “Azərbaycan Tolerantlıq Modeli” adlı maarifləndirici kitab paylanılıb.

Təlimlərin sonunda gənclərə iştirakçı sertifikatları təqdim olunub.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!