Modern.az

Qarabağ ermənilərinin sponsor azadlığa buraxılmadı

Qarabağ ermənilərinin sponsor azadlığa buraxılmadı

28 İyun 2016, 15:48

Moskva şəhər məhkəməsi Qarabağdakı separatçı rejimə maliyyə yardımları edən biznesmen Levon Ayrapetyan barədə çıxarılan hökmü qüvvədə saxlayıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, erməni biznesmen keçmiş senator İqor İzmestyevin anasını aldadaraq 700 min dollar vəsatini mənimsəməsi faktını təsdiqləyib və onun barəsində çıxarılan 4 illik həbs qərarını qüvvədə saxlayıb.

 

İstintaqın məlumatına görə, biznesmen vəkili Sergey Antonovla birlikdə ömürlük həbs cəzası almış senator İqor İzmestyevin anasını aldadaraq oğlunun azad olunacağını vəd edərək 700 min dollar vəsait alıblar.

 

Vüqar İsmayılov   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı