Modern.az

ANAMA Partlamamış Hərbi Sursatlar haqqında yeni hesabat verdi

ANAMA Partlamamış Hərbi Sursatlar haqqında yeni hesabat verdi

Aktual

28 İyun 2016, 19:24

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) iyunun 28-də Füzuli rayonunda aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabatı hazırlayıb.

Agentlikdən Modern.az saytına verilən məlumata görə, Füzuli rayonu Horadiz şəhərində 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 2 940 kv. m ərazi yoxlanılıb.

Cəmi: 3 əkin sahəsi, 3 partlayış yeri, nəticə etibarı ilə 2 940 kv. m ərazi yoxlanılıb.

İyunun 28-də 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, gün ərzində 2 940 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 aprel-28 iyun tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 26 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçiriib, 1 552 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

 

Gülşən RAUFQIZI

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır