Modern.az

Paytaxtın qaz təchizatında fasilələr olacaq

Paytaxtın qaz təchizatında fasilələr olacaq

28 İyun 2016, 20:15

Bakının rayonlarının təbii qaz təchizatında bu gün  məhdudiyyətlər olacaq. “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az saytına verilən məlumata görə, Birliyin Təmir Tikinti İdarəsi tərəfindən yeni çəkilmiş qaz xətlərinin mövcud xəttə qoşulması işi aparılır. Həmçinin, qaz xətlərində aparılacaq təmir işləri və istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması ilə əlaqədar iyunun 29-da saat 9-dan işlər yekunlaşanadək Bakının Xəzər rayonunun Zirə, Binə və Qala qəsəbələrinin, Sabunçu rayonunun Sabunçu və Bakıxanov qəsəbələrinin, Anaşkin adlanan ərazinin, eləcə də Sabirabad rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir