Modern.az

Atatürk Hava Limanında partlayış: 10 ölü, Yenilənir

Atatürk Hava Limanında partlayış: 10 ölü, Yenilənir

29 İyun 2016, 00:19

Bu dəqiqələrdə yayılan məlumatlara görə, Atatürk Hava Limanında törədilən terror aktı nəticəsində 10 nəfər həyatını itirib. Partlayış zamanı yaralananların sayı isə 50-dən çoxdur. Hələlik dəqiqləşdirmələr aparıldığından ölən və yaralananların sayının artacağı da istisna olunmur.

00:01

 

İlkin araşdırma nəticəsində Atatürk Hava Limanında baş verən partlayışın terror aktı olduğu üzə çıxıb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, hava limanındakı partlayışları isə terrorçulardan ibarət iki qrup həyata keçirib. Partlayışlar nəticəsində xeyli sayda insanın yaralandığı bildirilir. Məlumata görə, xəstəxanalara 40-dan artıq yaralı aparılıb.

 

23:27

 

İstanbulda növbəti partlayış törədilib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bu dəfə hədəf Atatürk Hava Limanı seçilib. Hava limanının “Dış hatları” bölməsində bir-birinin ardınca iki partlayış səsi eşidilib. Əraziyə çoxsaylı ambulans cəlb olunub. Ölən və yaralıların sayı barədə hələlik məlumat yoxdur.

Məlumata görə, 4 silahlının olay yerindən qaçdığı görüntülənib. 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir