Modern.az

Terrorun təfərrüatlarının işıqlandırılmasına müvəqqəti qadağa...

Terrorun təfərrüatlarının işıqlandırılmasına müvəqqəti qadağa...

29 İyun 2016, 01:51

Türkiyə Televiziya və Radio Yayımı Şurası İstanbulun Atatürk Hava Limanındakı terror hadisəsi ilə bağlı təfərrüatların  işıqlandırılmasına müvəqqəti qadağa qoyub. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, qadağanın çaxnaşma və vəziyyətin gərginləşməsinin qarşısını almaq məqsədi ilə qoyulduğu bildirilir.  

Qurumun bəyanatında qeyd olunur ki, terror aktları ilə əlaqəli şəxslərin müəyyənləşdirilməsi üçün partlayışların baş vermə məqamını, partlayışlardan sonrakı səhnəni əks etdirən kadrlar və dövlət qurumları işçilərinin işini əks etdirən bütün  materiallar müvafiq rəsmi qurumlara təqdim edilməlidir.

 

Qeyd edək ki, son terror hadisəsi nəticəsində 28 nəfər ölüb, azı 60 nəfər yaralanıb. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı