Modern.az

6 ayda 4500 uşağın sağlıq problemi olub

6 ayda 4500 uşağın sağlıq problemi olub

29 İyun 2016, 09:47

2015-ci il ərzində Elmi Təhqiqat Pediatriya İnstitutuna 9099, 2016-cı ilin birinci yarımilliyində isə 4500 müxtəlif dərəcəli sağlıq problemləri olan uşaq gətirilib. Eyni zamanda, ötən il ərzində Konsultativ poliklinika şöbəsində 21761, 2016-cı ilin birinci yarım ilində 10530 uşaq müayinədən keçirilib.

Bu haqda Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib.

Məlumatda qeyd edilib ki, Prezidentin 10 dekabr 2013-cü il tarixli 150 nömrəli sərəncamı ilə təsdiq edilmiş “ Uşaqların icbari dispanserizasiyası haqqında Dövlət Proqramı”nın icrası da hər il uğurla tətbiq edilir.

Beləki, 2016-cı il Proqram çərçivəsində ET Pediatriya İnstitutunun əməkdaşlarından ibarət 15 qrup bölgələr üzrə 39 rayonda ezam olunub. Qanunun icrası məqsədilə rayon mərkəzi xəstəxanaları qarşısında Səhiyyə Nazirliyi tərəfindən çox mühüm vəzifələr qoyulub və həmin vəzifələrin uğurla yerinə yetirilməsi yolları göstərilib, yerlərdə müvafiq sənədlərin mövcudluğu  (Qanunun mətni, Əmr, Təlimat və Qaydalar) yoxlanılıb.

Dispanserizasiya planına uyğun olaraq aparılan müayinə və müalicə tədbirləri haqqında məlumatın uşaqların dispanser müşahidə kartında əksini tapması və “Elektron sağlamlıq kartı”nın yaradılması araşdırılıb. Sağlamlıq imkanları məhdud olan, həmçinin cəzaçəkmə müəssisələrində olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların siyahısı dəqiqləşdirilib.



Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir