Modern.az

Beynəlxalq Bankdan YENİLİK

Beynəlxalq Bankdan YENİLİK

Aktual

29 İyun 2016, 11:32

Beynəlxalq Bank öz məhsullarını müştərilər üçün daha da sərfəli etmək üçün yeni bir addım atıb. Bankın mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, hissə-hissə ödəniş imkanlı kredit kartı olan “ElKart” 31 avqust 2016-cı ilədək keçirilən kampaniya çərçivəsində müştərilərə heç bir xidmət haqqı tutulmadan verilir.

 

Bu kartla illik 22% faiz dərəcəsi ilə 500 manatdan 5000 manatadək kredit əldə etmək olar. “ElKart”-la açılan kredit xəttinin müddəti 2 il, kartın özünün istifadə müddəti isə 6 ildir.

 

“ElKart”-la Azərbaycan Beynəlxalq Bankının tərəfdaşları olan yüzlərlə ticarət və xidmət mərkəzlərində ödənişlər aparmaq, müxtəlif güzəştlər qazanmaq, vaxtaşırı keçirilən kampaniyalardan faydalanmaq mümkündür.

 

2014-cü ildən müştərilərin istifadəsində olan “ElKart” Azərbaycanda buraxılmış ilk təmassız ödəniş kartıdır. “ElKart” “VİSA PayWave” və “Mastercard PayPass” təmassız ödəniş xidmətlərini dəstəklədiyindən ödəniş zamanı kartın POS terminala daxil edilməsinə gərək yoxdur. Kartlar SMS-Xəbərdarlıq xidmətinə də pulsuz qoşulur.

 

Gülşən RAUFQIZI

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?