Modern.az

Bu meyvəni mütəmadi yemək ömrü uzadırmış

Bu meyvəni mütəmadi yemək ömrü uzadırmış

İqtisadiyyat

20 Yanvar 2011, 23:06

Britaniya alimlərin araşdırması almanın tərkibində ürəyi cavanlaşdıran maddəni üzə çıxarıb. Həmin maddə, eyni zamanda, qan dövranını yaxşılaşdırır, immun sistemini gücləndirir. Araşdırma göstərib ki, alma damarların bərkiməsi prosesini 21 faiz zəiflədir. Damarların bərkiməsi isə ürək xəstəlikləri, infarkt və ya insultun əsas səbəblərindən biri sayılır. Alimlər mütəmadi alma yeyən və ya bu meyvənin şirəsini qəbul edən şəxslərin orqanizminin ümumilikdə 17 il cavanlaşdığını sübut ediblər. Bu isə o qənatə gəlməyə əsas verir ki, mütəmadi alma yemək insan ömrünü xeyli uzadır. Mikrobioloqlar hesab edirlər ki, gündə bir alma yemək həzm prosesini normaya salır və xeyli yaxşılaşdırır. Həmçinin də bu meyvə, xeyirli bakteriyaların həzm olunmasına da kömək edir. Gündə alma yemək bakteriyaların piy turşuluqlarının yaratmasına kömək edir və bağırsaqların balansının normal işləməsini təmin edir. Bundan əlavə, xeyirli bakteriyalar bağırsaqların divarlarının qidalanmasına kömək edən, butirat maddəsi yaradırlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir