Modern.az

Bakı metrosunda PROBLEM: Polis səbrli olmağa çağırdı - YENİLƏNİB

Bakı metrosunda PROBLEM: Polis səbrli olmağa çağırdı - YENİLƏNİB

29 İyun 2016, 19:04

 

Bakı Metropoliteninin “Xalqlar dostluğu” stansiyasında ciddi problem yaranıb.

 

Modern.az saytı xəbər verir ki, sözügedən stansiyanın girişində turniketlər nasazlıq səbəbindən işləmir.

 

Bu isə böyük insan tıxacının yaranmasına səbəb olub. Polis isə sərnişinləri səbrli olmağa çağırıb.

 

***

 

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məsələ ilə bağlı Modern.az-a açıqlama verib. O deyib ki, turniketlərin işləməməsi şəbəkədə yaranan problemdən qaynaqlanıb.

 

Onun sözlərinə görə, problem artıq aradan qaldırılıb.

 

Gülşən Raufqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!