Modern.az

“İrəli” sədri: “Gənclərin iradəsi qərəzli bəyanatın qarşısını aldı”

“İrəli” sədri: “Gənclərin iradəsi qərəzli bəyanatın qarşısını aldı”

29 İyun 2016, 20:40

Çili parlamentində bir müddət öncə bir qrup ermənipərəst vəkil Azərbaycanla bağlı qərəzli qətnamə qəbul etmək iqtidarında idi. Ökənin aparıcı gənclər təşkilatları və fəal gənclər tərəfindən Çili Respublikasının prezidenti, xarici işlər naziri, parlamentin spikeri və deputatlarına Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini izah edən və sözügedən qətnamənin qərəzli xarakter daşıdığını sübut edən etiraz müraciəti göndərilib. Sevindirici bir haldır ki, gənclər təşkilatları və fəal gənclər tərəfindən göndərilən etiraz  məktubları nəticəsində Azərbaycan leyhinə qəbul olunmuş 565 nömrli qətnamə ləğv olunub.

 

Azərbaycanın aparıcı gənclər təşkilatlarından olan İRƏLİ İctimai Birliyi Çili parlamentinə müraciətlər ünvanlayıb.

 

Bununla bağlı “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov Modern.az-a açıqlama verib.

 

“Biz də bu mövzuda addım atmağı özümüzə borc bilərək, Çili parlamentinə ispan və ingilis dillərində 500-dən artıq şəxs tərəfindən müraciətlər ünvanladıq.

Birgə səyimiz və aktiv gənclərimiz  sayəsində istədiyimizə nail olduq, qətnamə ləğv edildi və Çili hökuməti Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mövqeyini təsdiq edərək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü tanıdığını, qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımadığını, Minsk Qrupu çərçivəsində aparılan sülh prosesini dəstəklədiyini, Ermənistan və Azərbaycan arasındakı münaqişəyə dair BMT-nin Qətnamələri vasitəsi ilə bu vəziyyətin çözülməsi üçün həyata keçirilən səyləri dəstəklədiklərini təsdiq etdi”.

 

“Artıq informasiya müharibəsində aktiv iştirak edən Azərbaycan gəncliyi istənilən instansiyaya öz fikrini çatdırmaq ən çevik yollardan istifadə edir. İlk dəfə Dağlıq Qarabağ və Xocalı faciəsi ilə bağlı aparılan təşviqat işlərində, ədalət tələbində yaxından iştirak etsək də, xüsusi petisiyaların imzalanmasında aktivlik göstərsək də, təəssüflər olsun ki, ikili standartlar hələ də Azərbaycan üçün açıq məsələdir. Məhz bu baxımdan gənclərin bu kimi məsələlərdə aktiv iştirakına zərurət yaranır”.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi