Modern.az

Rusiyadan Türkiyəyə görə mühüm çağırış...

Rusiyadan Türkiyəyə görə mühüm çağırış...

Aktual

29 İyun 2016, 22:18

"Terroru qınamaq azdır, terrorizmə qarşı birləşmələyik."  Modern.az saytı Anspress.com-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov fransalı həmkarı Jan-Mark Ero ilə görüşdən sonra keçirilən mətbuat konfransında bəyan edib.

İstanbul Atatürk hava limanında baş verən qanlı terror aktını şiddətli şəkildə qınadığını deyən Lavrov deyib ki, terror bəlasına qarşı konkret addımlar atılmalıdır.

“İstanbuldakı hücumları qərarlı şəkildə qınanmalıdır. Ancaq yalnız qınamaqla terrorizmlə mübarizə aparıla bilməz. Bu bəlaya qarşı bütün ölkələr güclərini birləşdirərək konkret addımların atılması üçün qəati qərarlar verilməlidir.”

Lavrov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Soçidə keçiriləcək iclası çərçivəsində Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ilə görüşəcəyini də təsdiqləyib.

"İyulun 1-də Soçidə QDİƏT XİNŞ-in iclası keçiriləcək. Rusiya və Türkiyə bu təşkilatın üzvləridir. Biz sədr ölkə kimi bu iclası Rusiyanın cənub paytaxtında keçirəcəyik. Orada türkiyəli həmkarımın istəyi əsasında onunla ikitərəfli görüş də planlaşdırılır. Suriya məsələsini də müzakirə edəcəyik", - Lavrov bildirib.

İyunun 28-də 3 terrorçu İstanbulda Atatürk hava limanına hücum edib. Onlardan biri birinci mərtəbədə yerləşən xarici uçuşlar terminalına gedib və özünü partladıb.

Partlayışdan sonra təşvişə düşən insanlar terminalına çıxışa qaçarkən burada onları digər iki terrorçu əllərində silahla qarşılayıblar və atəş açmağa başlayıblar.

Daha sonra terrorçulardan biri yuxarı mərtəbəyə çıxıb. Bu vaxt aşağı mərtəbədəki terrorçu-kamikaze özünü partladıb. Bir az sonra isə 3-cü terrorçu yuxarı mərtəbədə bombanı işə salıb.

Atatürk hava limanındakı terror hücumları zamanı 41 nəfərin həyatını itirib, 239 nəfər isə yaralanıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar