Modern.az

Bakıda bədbəxt hadisə: 2 nəfər öldü

Bakıda bədbəxt hadisə: 2 nəfər öldü

Aktual

30 İyun 2016, 12:53

Bakıdakı daş karxanalarından birində ölüm faktı qeydə alınıb. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda qeyd edilib.

 

Məlumata görə, hadisə iyunun 29-da Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən daş karxanalarından birində qeydə alınıb.

 

Belə ki, karxanada işləyən Lerik rayon sakini Məmməd Əsədov elektrik cərəyanı vurması nəticəsində ölüb.

 

Bakı sakini Mətanət Mirzəyeva isə sirkə turşusundan zəhərlənib.

 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyunun 28-də Nərimanov rayonu ərazisində yaşayan Mətanət Mirzəyeva sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib.

 

O, iyunun 29-da xəstəxanada ölüb.

 

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir