Modern.az

Ermənistan ordusu itki verdi

Ermənistan ordusu itki verdi

Aktual

30 İyun 2016, 13:13

Ermənistan ordusunun hərbçisi süni göldə batıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə Yerevanın Nubaraşen rayonundakı süni göldə baş verib.

 

Suda batan şəxsin Ermənistan ordusunun Artik rayonundan çağırılan hərbi xidmət qulluqçusu 20 yaşlı Edqar Çaxlyan olduğu məlum olub.

 

Onun sabah tərxis olunmağa hazırlaşdığı bildirilib.

 

Yerli sakinlər Nubaraşendəki süni göldə son 2 ildə 4 nəfərin batdığını deyib.

 

Vüqar İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!