Modern.az

Cəbhə xəttindəki atışmada erməni zabiti ölüb

Cəbhə xəttindəki atışmada erməni zabiti ölüb

Təhsil

21 Yanvar 2011, 13:04

Yanvarın 20-də saat 18.00 radələrində Azərbaycanın işğal olunmuş əraziləri ilə təmas xəttində baş verən atışma nəticəsində bir erməni əsgəri ölüb. Modern.az-ın məlumatına görə, bu barədə “Armenia Today” saytı məlumat yayıb. Məlumata görə, erməni tərəfinin itkisi baş leytenant Ovik Mkrtıçeviç Sukiasyanın ölümü ilə bağlıdır.
Dağlıq Qarabağdakı separatçı rejimin hərbi idarəsinin mətbuat xidməti atışma zamanı Azərbaycan tərəfinin də ağır itki verdiyini bildirib.
Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev isə APA-ya açıqlamasında bildirib ki, ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Şamil Sadıqov yaralanıb və düşmən tərəfi susdurulub: “Bundan başqa, Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb. Ermənilər tutarlı cavabı ört-basdır etmək üçün özlərindən belə dezinformasiya uydururlar”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir