Modern.az

İlham Əliyev Kerri ilə Qarabağı müzakirə edib

İlham Əliyev Kerri ilə Qarabağı müzakirə edib

Aktual

30 İyun 2016, 22:29

Bu gün Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Modern.az saytı Prezidentin Mətbuat Xidmətinə istinadən məlumat verir ki, söhbət zamanı son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülmüş işlər müzakirə olunub, qeyd edilib ki, Vyana və Sankt-Peterburq görüşlərindən sonra danışıqlar prosesinə yeni dinamika verilib.

 

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri və dövlətimizin başçısı İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin perspektivlərini də müzakirə ediblər.

 

Telefon danışığı zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edilib, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir