Modern.az

“AVRO-2016”: Portuqaliya növbəti mərhələdə

“AVRO-2016”: Portuqaliya növbəti mərhələdə

1 İyul 2016, 02:00

“AVRO-2016”da ilk 1/4 final matçında Polşa və Portuqaliya yığmaları üz-üzə gəlib. Modern.az saytı xəbər verir ki, oyunda ilk qolu Polşa komandası vurub. Amma portuqaliyalılar elə birinci hissədə hesabı bərabərləşdirə bilib. Oyunun əsas vaxtında komandaların bundan artığına gücü çatmayıb.

Uzatma dəqiqələrində də fərqlənən olmayıb.  11 metrlik cərimə zərbələri seriyasında isə Portuqaliya daha dəqiq olub (5:3) və adını yarımfinala yazdırıb. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi