Modern.az

Kapital Bank-dan hərbçilərə 5% güzəşt...

Kapital Bank-dan hərbçilərə 5% güzəşt...

1 İyul 2016, 08:51

Kapital Bank 26 iyun – Milli Ordunun Yaranması Günü münasibətilə 23 və 24 iyun tarixlərində hərbçilərə güzəştlə yeni kredit kampaniyasına başlayıb. Aksiya çərçivəsində Kapital Bank-a müraciət edən hərbçilərə illik faiz dərəcəsində 5% endirim təqdim edilir.

 

Qeyd edək ki, “Gündəlik tələbat krediti”nin məbləği 300 – 15 000 manat təşkil edir, müddəti isə 36 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul maaş və ya pensiyasını Kapital Bank-dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi və ya hərbçi vəsiqəsi tələb olunur.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?