Modern.az

Vaxtı çatan əsgərlər evə buraxıldı

Vaxtı çatan əsgərlər evə buraxıldı

1 İyul 2016, 11:04

Bu gündən etibarən prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan vətəndaşları iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması həyata keçirilir.

 

Modern.az xəbər verir ki, prezident İlham Əliyevin sərəncamına əsasən,1998-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1981-1997-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycanın Silahlı Qüvvələrində və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması həyata keçirilir.

 

Həmçinin artıq çağırışçılar hansı hərbi hissəyə düşəcəklərini də qabaqcadan öyrənə bilərlər. Onlar bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına baxmaqla hərbi xidmətə hansı qoşun növündə və hərbi hissədə xidmət edəcəklərini müəyyənləşdirirlər.

Bunun üçün yalnız şəxsi məlumatları - ad, soyad, doğum tarixi və qeydiyyatda olduğu rayonu göstərmək kifayətdir.

 

Sayt Müdafiə Nazirliyinin hərbi hissələrində xidmətə başlayacaq şəxslərə yalnız xidmət edəcəkləri hərbi birləşmənin nömrəsini təqdim edir.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi