Modern.az

ATƏT PA-nın yay sessiyası başlayır

ATƏT PA-nın yay sessiyası başlayır

1 İyul 2016, 11:08

Bu gün Tbilisidə ATƏT Parlament Assambleyasının 25-ci yay sessiyası başlayıb.

Bu barədə Modern.az saytına Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, deputat Tahir Mirkişili məumat verib.

O bildirib ki, yay sessiyasının ümumi iclasları başlayıb, lakin plenar iclaslar Bakı vaxtı ilə 14:30-da başlayacaq.

 

Sessiyanın açlışında Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, Gürcüstan parlamentinin sədri David Usupaşvili, baş nazir Giorgi Kvirikaşvili, ATƏT PA-nın prezidenti İlkka Kanerva və ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer çıxış edəcəklər.

 

ATƏT PA-nın yay sessiyada Dağlıq Qarabağ münaqişə zonasında son hərbi eskalasiya da daxil olmaqla Ukraynadakı münaqişə, Gürcüstanda həlli uzadılmış konfliktlər müzakirə olunacaq.

Krımdakı fundamental azadlıqlar, Avropada neonasizm, iqlim dəyişikliyi ilə bağlı məsələlər əsas müzakirə mövzuları olacaq.

 Sessiyanın ilk günü  “Parlament əməkdaşlığının 25 ili: dialoq vasitəsilə etimadı gücləndirərək...” mövzusuna həsr olunub. 

 

Yay sessiyasında dünyanın 50-yə yaxın ölkəsindən 300-ə qədər parlament üzvü təhlükəsizlik, insan haqları, iqtisadiyyat və ərtaf mühit məsələləri ilə əlaqədar bu gün ən aktual məsələlərlə bağlı müzakirələr keçirəcək və qətnamələr qəbul edələcəyi gözlənilir.

 

Xatırladaq ki, Azərbaycanın ATƏT  PA-dakı nümayəndə heyəti də sessiyada iştirak edir.

 

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir