Modern.az

Oskar laureatı bu gün 100 yaşını qeyd edir

Oskar laureatı bu gün 100 yaşını qeyd edir

1 İyul 2016, 12:15

Hollivudun klassikasına çevrilən “Küləklə sovrulmuşlar” filminin (1939-cu il) qəhrəmanı Oliviya de Hevillend  bu gün 100 illik yubileyini qeyd edir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa ad gününü yaxın dostlarının əhatəsində qeyd edir.

 

De Hevillend 2 qat Oskar mükafatı laureatıdır.

 

O, “Küləklə sovrulmuşlar” filmində Melani, “Robin Qudun sərgüzəştləri” (1938), “Hər kəsə özününkü” (1946) və “Varis” (1949) filmlərində rol alıb.

 

Oliviya de Hevillend sonuncu dəfə 1988-ci ildə “Onun sevdiyi qadın” filmində rol alıb.

 

Hazırda aktrisa Parisdə yaşayır.

 

Vüqar İsmayılov  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir