Modern.az

Putinlə Ərdoğan Soçidə görüşə bilər 

Putinlə Ərdoğan Soçidə görüşə bilər 

1 İyul 2016, 12:55

Rusiya və Türkiyə prezidentləri sentyabr ayında Çində keçiriləcək G20 zirvəsində görüşməyi planlaşdırırdı.

 

Modern.az xəbər verir ki, Rusiyanın “Kommersant” qəzeti Putin-Ərdoğan görüşünün daha tez, avqust ayında keçiriləcəyini yazıb.

 

Qəzetin məlumatına görə görüş Soçidə baş tutacaq.

 

Bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Rusiyada baş tutacaq görüşündə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu məsələni rusiyalı həmkarı Sergey Lavrovla müzakirə edəcək.

 

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub