Modern.az

Asim Mollazadə: "Azərbaycan təxirəsalınmadan İsraildə səfirlik açmalıdır"

Asim Mollazadə: "Azərbaycan təxirəsalınmadan İsraildə səfirlik açmalıdır"

21 Yanvar 2011, 16:31

Parlament Jurnalistləri Birliyi (PJB) yeni layihəyə başlayıb. PJB-nun bu layihəsi çərçivəsində parlament jurnalistlərinin Azərbaycan cəmiyyətində tanınmış şəxslərlə görüşü nəzərdə tutulub. Yanvarın 21-də ilk görüş Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ilə keçirilib.
Modern.az xəbər verir ki, görüş çərçivəsində maraqlı müzakirələr aparılıb, A.Mollazadə parlament jurnalistlərinin çoxsaylı suallarını cavablandırmalı olub.

A.Mollazadə jurnalistlərlə söhbət əsnasında deyib ki, İsraildə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından səfirliyimizin açılması çox zəruridir.

“İsraildə səfirliyimizn olmaması Azərbaycan üçün bir boşluqdur və indi ermənilər bu boşluqdan istifadə edirlər, İsrail mətbuatı ilə işləyirlər”.

Bu ölkədə azərbaycanlıların da olduğunu diqqətə çatdıran A.Mollazadə bildirib ki, məhz bu baxımdan Təl-Əvivdə səfirliyimizin açılması vacibdir.

Qeyd edək ki, parlament jurnalistlərlə A.Mollazadənin görüşündən geniş material və fotolar Modern.az saytında yerləşdiriləcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!