Modern.az

İyunda İraqda 660 nəfər ölüb, 1457 nəfər yaralanıb

İyunda İraqda 660 nəfər ölüb, 1457 nəfər yaralanıb

Aktual

1 İyul 2016, 23:29

İraqda iyun ayı ərzində terror aktları və silahlı hücumlar nəticəsində 660 nəfər ölüb, 1457 nəfər yaralanıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin İraqa yardım missiyasının hesabatında deyilir.

 

Məlumata əsasən, ölənlərdən 382-i mülki vətəndaş, 280-i isə İraq Silahlı Qüvvələrinin hərbçiləridir. “Ən ağır vəziyyət Bağdad vilayətində müşayiət edilir. Burada 236 nəfər ölüb, 742 nəfər yaralanıb”, hesabatda qeyd olunub.  

 

Qeyd edək ki, İraq ərazisinin təxminən üçdə bir hissəsi İŞİD terror qruplaşmasının nəzarəti altındadır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır