Modern.az

Neftçalada 19 yaşlı qız intihar etdi

Neftçalada 19 yaşlı qız intihar etdi

2 İyul 2016, 10:28

 

Neftçalada 19 yaşlı qız özünü Kür çayına atmaqla intihar edib.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonu, Kür Qarabuçaq kəndində 1 nəfər intihar məqsədi ilə özünü Kür çayına (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 30 km aralıda nəzarətsiz ərazidə) atması barədə məlumat daxil olub.

 

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1997-ci il təvəllüdlü, Məmmədova Şəfa Şakir qızının cəsədi batdığı yerdən 50 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Əməliyyat saat 09:05-də başa çatıb.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır